Milli Şuradan şok etiraf: Vətəndaşın acından ölməyi bizə sərf edir - VİDEO

4 Avqust 2020 17:05 (UTC+04:00)

Özünü müxalifət adlandıran və xalqın adından çıxış etməyə iddialı olan Milli Şuranın gerçəkdə xalqın düşməni olduğu ortaya çıxıb.

Publika.az
xəbər verir ki, Milli Şuranın növbəti “zoomkonfransı”nda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejiminin uzadılmasının onlara sərf etdiyi açıq şəkildə etiraf olunur.

Şuranın üzvü Gültəkin Hacıbəyli deyir: “Karantinin uzanmasından narahat olmağa dəyməz, bu bizə sərf edir, çünki evdə oturan insanların etirazı artır. Biz maraqlı olmalıyıq ki, karantin uzansın”.

Çünki ölkədə vəziyyət nə qədər pis olarsa və xalq acından ölərsə, bu, onların hakimiyyətə qarşı anti-təbliğatına sərf edir. Göründüyü kimi, Milli Şura koronavirusu bayram kimi qəbul edir, insan ölümünə, iqtisadi itkilərə, vətəndaşların maddi təminatının pisləşməsinə görə sevinir.