Reanimasiyada olan xəstələrin sayı AÇIQLANDI

4 Avqust 2020 19:52 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 4-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 409 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 751 246 test aparılıb. Onlardan 32 910-nun cavabı pozitiv çıxıb. İndiyədək 473 nəfər COVID-19-dan dünyasını dəyişib, 28 348 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 4 089 nəfərdir. 255 nəfər reanimasiyada, 51 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 226 yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib, 588 pasiyent sağalıb.