“TikTok”dan 5 milyon dollar qazanan 19 yaşlı qız kimdir? - ADLAR

7 Avqust 2020 07:17 (UTC+04:00)

ABŞ-ın “Forbes” jurnalı “TikTok” sosial şəbəkəsinin köməyilə son bir ildə daha çox gəlir əldə edən istifadəçilərin siyahısını tərtib edib.

Publika.az TASS-a istinadla xəbər verir ki, siyahıya ABŞ və Kanadanın 7 gənc sakini daxildir. Onların hamısı sosial şəbəkədə əyləncəli xarakterdə, əsasən də rəqs olan qısa videolar yerləşdirirlər. Birinci yeri Luizana ştatından (ABŞ) 19 yaşlı Edison Rey İsterlinq tutub. O, iyunun 30-dək 12 ay ərzində “TikTok”un köməyilə təqribən 5 milyon dollar qazanıb. İsterlinqin 54 milyondan çox abunəçisi var. İkinci və üçüncü yerdə müvafiq olaraq Çarli və Diksi D`Amelio bacıları (Los-Anceles, Kaliforniya ştatı) gəlir. Onlardan birincisi 12 ay ərzində 4 milyon, ikincisi 2,9 milyon dollar qazanıb.

Pensilvaniya ştatından müğənni Loren Qreyin gəliri 2,6 milyon dollar olub. Beşinci yeri Kanadadan Coş Riçards (1,5 milyon dollar) tutub. Altıncı yeri ABŞ-da yaşayan Maykl Li və Spenser Nayt bölüşüb. Onların hər biri 1,2 milyon dollar qazanıb. Siyahıya hər hansı sahədə şöhrət tapdıqdan sonra sosial şəbəkə vasitəsilə pul qazanmış şəxslərin adları daxil edilməyib.