Ermənistanda ölənlərin sayı 777-yə çatdı

7 Avqust 2020 11:33 (UTC+04:00)

Ermənistanda son sutka ərzində 166 nəfər koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 39 min 985 olub.

Ölənlərin sayı 5 nəfər artaraq 777-yə çatıb.

Hazırda Ermənistanda 7 min 200 aktiv koronavirus xəstəsi var.

Bu günədək 32 min 8 nəfər xəstəlikdən sağalıb.

Zümrüd