Kimlər qovun yeməməlidir?

7 Avqust 2020 23:30 (UTC+04:00)

Qovun həzm sistemi üçün ağır məhsuldur, buna görə istifadəsinə düzgün yanaşmaq lazımdır. Onu başqa yeməkdən dərhal sonra və acqarına yeməməlisiniz.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb. Şəkərli diabet, mədə xorası xəstələri, həmçinin hamilə və süd verən analara qovun yemək tövsiyə edilmir. Bundan əlavə qovunu soyuq su, mayalanmış süd məhsulları və alkoqol ilə birlikdə yemək olmaz, mədədə şişkinlik yarada bilər. Qeyd edilib ki, əgər qovunda zərərli maddələr varsa, onlar qabığın yaxın toplanır.

Mütəxəssislər avqustun sonu - sentyabrın əvvəlində qovun almağı məsləhət görürlər. Bu zaman onlar daha yetişmiş və keyfiyyətli olur.