Peyvəndin tərkibindəki koronavirus hissəcikləri COVİD-19-a səbəb ola bilər?

7 Avqust 2020 18:38 (UTC+04:00)

COVİD-19 peyvəndinin tərkibindəki koronavirus hissəcikləri insan orqanizminə zərər vermir.

Publika.az xəbər verir ki, bunu peyvəndi ərsəyə gətirən Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.

“Rossiya 24” telekanalına açıqlama verən professor peyvənddə adenovirus əsasında yaradılan canlı olmayan hissəciklərdən istifadə edildiyini ifadə edib: “Canlı hissəciklər öz növündən başqa hissəcik yarada bilir. Bu hissəciklər isı çoxalmır. Bu səbəbdən peyvənd orqanizm üçün təhlükə təşkil etmir. Sınaqlarda könüllülərin qızdırması 37-38 dərəcəyə çıxırdı. Bu problem sadəcə “Parasetamol” tableti ilə həll olundu”.

Qeyd edək ki, Rusiyanın Səhiyyə naziri Oleq Qridnev 12 avqustda peyvəndə lisenziya verəcəklərini bildirib.

Zümrüd