"Toyların bərpası ilə bağlı məsələ..." - RƏSMİ/VİDEO

8 Avqust 2020 11:48 (UTC+04:00)

Video əlavə olunub.

xxx

Toyların bərpası ilə bağlı məsələ bu gün çox müzakirə olunur.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Bu gün əsas problem toyların təşkilində çalışan işçilərin əmək haqqının verilməməsidir. Əgər onlar vaxtında rəsmi işə alınsaydı, belə problemlər yaranmazdı. Əgər onlar qeydiyyatda olub, vergi ödəsəydi, belə hallar baş verməzdi. Təəssüf ki, bu gün onların belə tələb irəli sürmək imkanı yoxdur. Ümid edirəm ki, postpandemiya dövründə belə hallar aradan qaldırılacaq", - o bildirib.