Şahbaz Muradov fəxri diplomla təltif edildi - SƏRƏNCAM

8 Avqust 2020 14:50 (UTC+04:00)

Şahbaz Musa oğlu Muradov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Publika.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.