Nazirlik 5 nəfəri ölümün cəngindən aldı

8 Avqust 2020 23:16 (UTC+04:00)

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas ediliblər.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-1, Bilgəh, Mərdəkan, və Pirşağı sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.