Masallıda meşə ərazisi yandı

9 Avqust 2020 00:48 (UTC+04:00)

Masallı rayonunun Köhnə Zuvand kəndi yaxınlığında meşə ərazisində 4 ha sahədə quru ot və ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, meşənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.