"Qarabağ"ın ÇL-dəki rəqibi müəyyənləşdi

9 Avqust 2020 14:44 (UTC+04:00)

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Makedoniyanın "Sileks" komandası ilə üz-üzə gələcək. "Qarabağ" püşkün nəticəsinə əsasən matçı evdə keçirəcək.

Qeyd edək ki, qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarətdir. Birinci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.