Nazirlik 8 nəfəri ölümdən xilas etdi

9 Avqust 2020 23:18 (UTC+04:00)

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən şəxslər son anda ölümdən qurtula biliblər.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirlib ki, bu gün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-2, Bilgəh, Buzovna, Lökbatan və Goradil sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.