Bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb

10 Avqust 2020 11:03 (UTC+04:00)

Bu il 1253 məhbus vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Bunu Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquqşünas Səadət Bənənyarlı deyib.

S. Bənənyarlı bildirib ki, onlardan 983 nəfər pandemiya dövründə azadlığıa çıxıb, yaşı 65-dən yuxarı 176 məhkum azadlığa çıxıb. Artıq Azərbaycanda alternativ cəzalardan istifadə olunmağa başlanılıb. (trend)