Türkiyə XİN-dən SƏRT AÇIQLAMA: "Ermənistanın ağlını başına yığmasının vaxtı gəlib"

10 Avqust 2020 23:48 (UTC+04:00)

"Ermənistan bölgədə sülh və sabitliyin bərqərar olmasına əsas əngəldir".

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Nazirlik qeyd edib ki, uzun illərdir Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirən Ermənistan bölgədə sülhün və sabitliyin bərqərar olmasına əsas əngəldir:

"Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkərək ağlını başına yığmasının vaxtı gəlib".