Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər etdi

11 Avqust 2020 09:10 (UTC+04:00)

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Publika.az-a Azərbaycan XİN mətbuat xidməti idarəsindən məlumat verilib.

Səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.