Tanınmış aktyor çıxış yolu tapdı: “Momoadan əskik oğlan deyiləm ki”

11 Avqust 2020 10:10 (UTC+04:00)

“Evdə məşq etməyimə baxmayaraq, məsələyə ciddi yanaşıb, xüsusi idman geyiminə üstünlük verirəm. Təsəvvür edə bilməzsiz mənə necə istidi bu geyimdə. Amma formada qalmaq üçün, yatmazdan öncə 20 mərtəbə düşüb, qalxıram”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aktyor İbrahim Çingiz sosial şəbəkədə yazıb. Pandemiyadan dolayı idman zalları bağlı olduğundan aktyor çıxış yolunu evdə məşq etməkdə tapıb.

“Məni nə motivasiya edir? Jason Momoadan əskik oğlan deyiləm ki. Dünyanın istənilən nöqtəsində, hətta adada belə, idman mənim ən önəmli ritualımdı”.