Serbiyanın Baş Nazirinin müavini: Ərazi bütövlüyünə dəstəyimizi ifadə etdik

11 Avqust 2020 13:28 (UTC+04:00)

Bu gün keçirilən görüşdə Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın mərkəzində olan bütün məsələlər müzakirə olundu, ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik.

Bunu Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stepanoviç jurnalistlərə açıqlamasında bildirib.

O, həmçinin qeyd edib ki, Serbiya bütün münaqişələrin beynəlxalq hüququn prinsipləri əsasında və sülh yolu ilə həllinin tərəfdarıdır. Bu, münaqişə ilə üzləşən ölkələrin gələcəyi üçün vacibdir.