Emin Ağalarov avtoşluq etdi - VİDEO

12 Avqust 2020 12:48 (UTC+04:00)

Xalq artisti Emin Ağalarov VAZ-2107 markalı maşını ilə Bakıdakı malikanəsinin önündə avtoşluq edib.

Publika.az xəbər verir ki, məşhur iş adamı və müğənni bu görüntüləri İnstaqramda paylaşıb.

O, “Mənim sevimli maşınım. 2001-ci ildə 3200 dollara alınıb. Hələlik sürməyi unutmamışam. Maşını tezliklə oğlumun klipində də görəcəksiniz”, - müğənni paylaşımında qeyd edib.