Məşhur klubun 6 futbolçusu koronavirusa yoluxdu

12 Avqust 2020 19:18 (UTC+04:00)

İspaniyanın köklü klublarından olan "Atletik"in futbolçuları arasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Publika.az xəbər verir ki, Bilbao təmsilçisinin 6 futbolçusunda infeksiya aşkarlanıb.

Analizi müsbət çıxan oyunçulara artıq məlumat verilib və onlar özlərini təcrid ediblər.

Qeyd edək ki, təkrar testləşdirmə avqustun 14-də keçiriləcək.