Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Bakıdadır - FOTO (YENİLƏNDİ)

13 Avqust 2020 09:45 (UTC+04:00)

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycana səfərə gəlib.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə nazirliyi məlumat yayıb.

xxx

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycanda səfərdədirlər.

Publika.az Türkiyənin Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir ki, türkiyəli qonaqları Bakıda Müdafiə naziri Zakir Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.