İspan futbolçu İstanbula qayıtdı - Bu dəfə məşqçi kimi

13 Avqust 2020 06:36 (UTC+04:00)

“Qalatasaray”ın sabiq futbolçusu Albert Riera məşqçi kimi kluba geri qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

38 yaşlı ispaniyalı keçmiş oyunçu Fatih Termin köməkçisi olacaq.

2011-2014-cü illərdə “aslanlar”ın formasını geyinmiş A.Riera “Espanyol”, “Mançester Siti”, “Liverpul” kimi komandalarda da çıxış edib. O, 2007-2009-cu illərdə İspaniya milli komandasında da oynayıb.