3 nəfəri ilan sancdı

13 Avqust 2020 14:30 (UTC+04:00)

Avqustun əvvəlindən bu günə kimi üç nəfəri ilan sancıb. Hər üçünün vəziyyəti ağırdır.

Bunu Publika.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, xəstələr ağır vəziyyətdə mərkəzə qəbul olunub və müalicələri davam etdirilir: “Hər üç xəstəyə zərdab vurulub. Buna baxmayaraq, hər üçünün vəziyyəti ağırdır. İlan sancanlardan ikisi regionlarımızdan, biri Bakının Xəzər rayonundandır. Son günlərdə ölüm halı qeydə alınmayıb”.

Tural