Gülben Ergen özünü RƏZİL ETDİ - FOTO

13 Avqust 2020 17:00 (UTC+04:00)

Türkiyəli müğənni Gülben Ergen instaqramda saxta hesabından özünə xoş sözlər yazıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni gerçək instaqramında çimərlik geyimində fotosunu paylaşaraq “İnsanın özü ilə barışması xoşbəxtliyin açarıdır” sözlərini yazıb. Daha sonra saxta hesabına keçməyi unudan ulduz fotosuna “Can qadın” yazaraq təriflər yağdırmağa başlayıb.

İzləyiciləri müğənninin bu addımını tənqid edərək özünü tərifləməsinə irad bildirib.