Türkiyənin Aralıq dənizi ilə bağlı YENİ PLANI - Hərəkətə keçdilər

14 Avqust 2020 13:45 (UTC+04:00)

Türkiyənin Nəqliyyat və İnfrasturktur Nazirliyi bu ilin sonuna qədər gəmi nəqliyyatı xidmətlərindəki proqramları milliləşdirir.

Publika.az xəbər verir ki, proqramlar boğaz sularından sonra Şimali Kipr və Şərqi Aralıq dənizini əhatə edəcək Şərqi Aralıq Dənizi Gəmi Nəqliyyatı Xidmətləri Layihəsi çərçivəsində istifadə olunacaq.

Gəmi nəqliyyatı xidmətləri radarlar, avtomatik tanıma sistemi, sensorlar, normal və gecə görüşü kameraları, kabelsiz əlaqə cihazları kimi bir çox elektron sistemin inteqrasiyasını əhatə edir. Sistem gəmi nəqliyyatından qaynaqlana biləcək risk və təhlükələrə qarşı ətraf mühitin təhlükəsizliyini artırır.

Layihə tamamlandıqdan sonra Türkiyə Şərqi Aralıq dənizindəki paylarına 7/24 nəzarət edə biləcək və strarteji mövqeyini möhkəmləndirəcək.