Həbib son döyüşünə çıxır? - Özü açıqladı

14 Avqust 2020 14:10 (UTC+04:00)

MMA çempionu Həbib Nurməhəmmədov karyerasını sonlandırmağı düşünür.

Publika.az xəbər verir ki, idmançı bunu Moskvada keçirdiyi mətbuat konfransı zamanı deyib.

Oktyabrın 24-də Abu Dabidə amerikalı rəqibi Castin Qatje ilə qüvvəsini sınamağa hazırlaşan Nurməhəmmədov bu döyüşdən sonra karyerasını bitirmək haqqında daha ətraflı düşünəcəyini, hazırda bütün diqqətini rinqə yönəltdiyini bildirib.

“Hazırda bu mübarizəyə hazırlaşıram və uzunmüddətli planlar hazırlamıram. Sentyabrda 32 yaşım olacaq. Yeni döyüşməyə başlayan bir döyüşçü deyiləm. MMA-da səkkiz ildən çoxdur ki, döyüşürəm”.

Qeyd edək ki, Həbib atası və məşqçisi Əbdülmanap Nurməhəmmədovun koronavirusa yoluxaraq 3 iyulda vəfat etməsindən sonra çətin günlər yaşayır. O, tez-tez atasının məsləhətlərinə ehtiyac duyduğunu etiraf edir.

Xatırladaq ki, Nurməhəmmədovun on döyüşü 7 sentyabr 2019-cu ildə amerikalı Dastin Poirier ilə baş tutub.Ümumilikdə, idmançının 28 qələbəsi var, məğlubiyyəti yoxdur.