Qəbələdə beşmərtəbəli binada YANĞIN

16 Avqust 2020 22:51 (UTC+04:00)

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında həcmi 8 və 4 litr olan 2 ədəd qaz balonundan çıxan qaz, pəncərə çərçivəsi və 2 ədəd qapı qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, mənzilin yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.