Belarusda ŞOK İSTEFA - Etirazçıların tərəfinə keçdi

18 Avqust 2020 13:41 (UTC+04:00)

Belarusdakı etirazlara dəstək verən bu ölkənin Slovakiyadakı səfiri İqor Leşenya istefa verib.

Publika.az xəbər verir ki, diplomatın özü bunu “məntiqi addım” adlandırıb.

“Mən həqiqətən istefa verdim. Bu, məntiqli addımdır, çünki hazırkı prezident Aleksandr Lukaşenko tərəfindən səfir təyin edilmişəm və onun müəyyən etdiyi bir siyasət aparmalı olduğum güman edilir. Xarici İşlər Nazirliyi hesabatımda ifadə olunan vətəndaş mövqeyimin bu çərçivədən kənara çıxdığını düşünür”, - Leşenya bildirib.

Bundan əvvəl, Leşenya videomüraciətində dinc aksiyalarla çıxanlarla həmrəy olduğunu demişdi.