ÜST: “Kütləvi immunitet qurtuluş yolu deyil”

18 Avqust 2020 18:12 (UTC+04:00)

“Kütləvi immunitet koronavirusu dayandıra bilməz, çünki əhalinin böyük əksəriyyətində hələ inkişaf etməyib. Odur ki, xəstəliyə qarşı mübarizə aparmaq üçün infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmaq lazımdır”.

Publika.az xəbər verir ki, bu barədə ÜST-ün səhiyyə üzrə fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.

“Hazırda biz bu xəstəliyin qarşısını almağa imkan verən immunitet səviyyəsinə hələ çatmamışıq. Virusun yayılmasını məhdudlaşdırmaq üçün nə edilməli olduğuna diqqət yetirməliyik, kütləvi və ya ictimai immunitet sayəsində xilas olmaq ümidi ilə yaşamamalıyıq. Bu, hələlik həll yolu deyil”, - Rayan brifinqdə çıxış edərkən deyib.

Daha əvvəl ÜST dünyanın koronavirus pandemiyasının yeni mərhələsinə qədəm qoyduğunu bildirmişdi. Bu, hələlik Asiya-Sakit Okean bölgəsində baş verir. Orada risk qrupu və ya yoluxucu qrupu dəyişir. Əsasən 20 yaşdan yuxarı insanlar xəstələnirlər, 30 yaşdan yuxarı insanlar da var.

Aytən Məftun