Türkiyədə DƏHŞƏTLİ QƏZA - 30 nəfər yaralandı

19 Avqust 2020 08:12 (UTC+04:00)

Türkiyənin Sandıklı rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, qəza nəticəsində 30 nəfər yaralanıb.

Hadisə sürücünün sükana nəzarəti itirməsi üzündən baş verib.

Sandıklı, Sinanpaşa və Afyonkarahisar dövlət xəstəxanalarına aparılan yaralıların hazırda vəziyyətlərinin yaxşı olduğu bildirilir.