Gəncəyə zərbə endirmək? Uşaq bağçasıdır... – Tixanski

19 Avqust 2020 09:37 (UTC+04:00)

Ermənistanın Gəncəyə zərbə endirməklə bağlı təhdidi Türkiyə-Azərbaycan hərbi təlimləri ilə əlaqədardır. Siyasətçilər deyirlər, hərbçilər isə müharibəyə hazırlaşır və vuruşurlar.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski deyib.

ATƏT-in Minsk Qrupunun artıq vərdişə çevrilən hərəkətsizliyi və reaksiyasızlığı haqda danışan həmsöhbətimiz qeyd edib ki, təşkilatın Dağlıq Qarabağ məsələsi üzrə nümayəndələri hazırda bütün Avropa siyasətçilərinin toplaşdığı yerdə - Polşadadır:

“Belarusda hakimiyyət transformasiyası onları daha çox narahat edir: ölkədə hakimiyyəti və onun geosiyasi vektorunu dəyişmək fürsəti yaranıb. Beləliklə, Ermənistan vurmağa cəsarət etməyəcək. Və ümumiyyətlə, heç kim heç yeri vurmayacaq – bu prosesdə marağı olan aktorlar yoxdur. Təxribatçılar olub və olacaq. Artıq çoxdan - 2018-ci ildən bəri mən Paşinyanın və ətrafındakıların sözlərini qiymətləndirməkdən imtina etmişəm. Çünki ora uşaq bağçasıdır. Daha yüksək səslə kim qışqırırsa, ona da qulaq asırlar. Ancaq tökdüklərini (dedikləri sözüləri – red.) özlərindən sonra heç kim təmizləmək (şərh etmək – red.) istəmir”, - Tixanski deyib.

Qeyd edək ki, Ermənistanın Qarabağda yaratdığı qondarma rejimin separatçı lideri Araik Arutyunyan Azərbaycana “mümkün cavab tədbirləri”sırasında Gəncəyə “zərbə” vura biləcəklərini deyib.