Avtomobillə vurduğu qızları xəstəxanaya çatdırdı

20 Avqust 2020 06:01 (UTC+04:00)

Gədəbəydə 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 2001-ci il təvəllüdlü Şabanova Nuranə Fikrət qızını və 2015-ci il təvəllüdlü Lalə Seymur qızı Şabanovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan piyadalar hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş və kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.(Report)