Bakının bu prospektində QƏZA: tıxac yarandı - FOTO

20 Avqust 2020 16:55 (UTC+04:00)

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə, hadisə Ziya Bünyadov prospekti 20 Yanvar dairəsi istiqamətində (Atatürk prospekti ilə kəsişmədə) qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, sözügedən yolda qəza səbəbindən avtomobillər arasında sıxlıq yaranıb.