Sumqayıtda narkotik satan şəxs saxlanıldı - FOTO

20 Avqust 2020 18:30 (UTC+04:00)

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, əməliyyat zamanı Sumqayıt şəhər sakini Məcid Şamilov tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxs axtarış aparılan zaman əlindəki çantadan iki büküm ümumi çəkisi 1 kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Məcid Şamilov ifadəsində xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqla araşdırılan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. Məcid Şamilov narkotik vasitələri 12 min manata aldığını və heroinin pulunu isə onlayn yolla həmin şəxs göndərdiyini qeyd edib.

Faktla bağlı Məcid Şamilov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunub. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi stiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.