Lalə Şövkətin səhhəti pisləşdi

20 Avqust 2020 20:41 (UTC+04:00)

Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb.

Bu barədə Publika.az-a partiyanın sədri Əvəz Temirxan məlumat verib.

Onun sözlərinə görə, Lalə Şövkət ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir:

“Biz, Liberal Partiyanın üzvləri Azərbaycan siyasətində dürüstlük və mərdlik simvoluna çevrilən Lalə Şövkət xanıma şəfa diləyirik. Biz hamımız bu günlərdə Allaha dua edirik ki, bu çətin sınaqdan uğurla keçsin. Biz, Liberal Partiyanın üzvləri Lalə Şövkət xanıma ancaq lider kimi yox, həm Ana kimi baxırıq, ona görə sevgimiz və bağlılığımız çox güclüdür. Allah onu bizə bağışlasın!”