Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək

21 Avqust 2020 09:09 (UTC+04:00)

Bu gün UEFA Avropa Liqasında 2019/2020 mövsümünə yekun vurulacaq.

Publika.az xəbər verir ki, final oyununda İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i qarşılaşacaq.

Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.

UEFA Avropa Liqası

Final

23:00. "Sevilya" (İspaniya) - "İnter" (İtaliya)

Baş hakim: Denni Makkeli

Almaniya, Köln. "Reyn Energi" stadionu.