Məşhur aktyorun başı yarıldı - Öz evində

21 Avqust 2020 16:43 (UTC+04:00)

Son günlərdə keçmiş sevgilisi Deniz Bulutsuza zorakılıq tətbiq etməkdə və onu döyməkdə ittiham olunan aktyor Ozan Güvən xəstəxanalıq olub.

Publika.az xəbər verir ki, səhər saatlarında evində yıxılan kino ulduzunun başı yarılıb. Təcili xəstəxanaya aparılan Ozan Güveninin başına 6 tikiş qoyulduqdan sonra evə buraxılıb.

Qeyd edək ki, qadına qarşı zorakılıq etməkdə günahlandırılan aktyorun məhkəmə prosesi davam edir. Məhkəmə prosesi bitənə qədər əsas rollardan birini canlandırdığı “Babil” serialından onun uzaqlaşdırılmasına qərar verilib.