Lukaşenkodan XƏBƏRDARLIQ: "Özünüzdən küsün..."

22 Avqust 2020 21:49 (UTC+04:00)

"Şənbə Bazar düşünmək üçün vaxtınız var. 1- ci gündən isə özünüzdən küsün".

Publika.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko etirazçılara xitabən söyləyib.

Belarus prezidenti 1 - ci gündən etibarən qanunu pozan vətəndaşlara qarşı ən sərt inzibati tədbirlərin görüləcəyini və prokurorluq tərəfindən cinayət işlərinin açılacağını deyib.

Bundan başqa o, tətil edən fəhlələrin işlədiyi müəssələrin bağlanmasını istəyib.