Dəhşətli təyyarə qəzası: 17 NƏFƏR ÖLDÜ

22 Avqust 2020 22:49 (UTC+04:00)

Cənubi Sudanda “South West Aviation” aviakompaniyasına məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən az 17 nəfər, o cümlədən iki ekipaj üzvü həlak olub.

Publika.az Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə paytaxt Cuba şəhəri ətrafında aeroport yaxınlığında havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb. Qəza nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.

Təyyarənin paytaxtdan Vau və Aveyl yaşayış məntəqələrinə uçduğu bildirilir. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.