Oğuzda 500 abonent yağışlara görə qazsız qaldı

23 Avqust 2020 16:44 (UTC+04:00)

Oğuz rayonunda güclü yağış sularının təsirindən daş hasar orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşıb.

"Azəriqaz"dan Publika.az-a verilən məlumata görə, hadisə rayon mərkəzinin S.Vurğun küçəsində baş verib.

Bildirilir ki, qaz xəttləri yararsız hala düşüblər. Nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.