Türkiyədə yenə zəlzələ oldu

24 Avqust 2020 08:26 (UTC+04:00)

Türkiyənin Malatya vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Pütürge rayonunda, ocağı isə 11,89 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.