Siyavuş Novruzovun istefa ərizəsi qəbul edildi

25 Avqust 2020 12:13 (UTC+04:00)

Siyavuş Novquzovun Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən azad edilməsi barədə müraciəti qəbul edilib.

Publika.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

Qeyd edək ki, dünən partiyanın İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək partiyada tutduğu vəzifədən azad edilməsini xahiş edib.