Hayko Maas: "Türkiyə dialoqun tərəfdarıdır"

26 Avqust 2020 04:14 (UTC+04:00)

Almaniyanın Xarici İşlər naziri Hayko Maas Aralıq dənizinin şərqindəki gərginlikdə Türkiyənin dialoqun tərəfdarı olduğunu söyləyib.

Publika.az xəbər verir ki, Maas Ankaraya səfərindən əvvəl Yunanistanın paytaxtı Afinada həmkarı Nikos Dendias ilə bir araya gələrək, birgə mətbuat konfransı keçirib.

Maas Afinadakı təmaslarından sonra Ankaraya gələrək Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyinə diqqət çəkərək, "Türkiyə dialoq istəyir, gərginliyi azaltmaq üçün əlimizdən gələni edəcəyik" deyib.