“Beşiktaş” Çempionlar Liqası ilə vidalaşdı

26 Avqust 2020 05:15 (UTC+04:00)

Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Türkiyənin “Beşiktaş” klubu Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan məğlub ayrılan Türkiyə təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirməli olacaq.

Günün digər matçında səfərdə “Tirana”nı məğlub edən “Srvena Zvezda”, PAOK-la birgə ÇL-in 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi
25 avqust

Tirana (Albaniya) – Srvena Zvezda (Serbiya) 0:1
Qol: Tomane, 62.

PAOK (Yunanıstan) – Beşiktaş (Türkiyə) 3:1
Qol: Tzolis, 7; 24. Pelkas, 30 – Larin, 37.