Əfqanıstanda SEL FƏLAKƏTİ - 30 ölü, 20 yaralı

26 Avqust 2020 10:34 (UTC+04:00)

Əfqanısanda güclü yağışlar sel fəlakətinə səbəb olub.

Publika.az xəbər verir ki, daşqınlar səhər erkən saatlarda Kabilin şimalındakı Pərvan əyalətinin mərkəzində meydana gəlib.

Təbii fəlakət nəticəsində 30 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Həyatını itirənlərin arasında qadın və uşaqların da olduğu bildirir.

İlkin araşdırmalara görə, bölgədə 300-ə yaxın ev dağılıb.

Akqabay