Qüdrət Həsənquliyev Mehriban Əliyevanı təbrik etdi

26 Avqust 2020 13:39 (UTC+04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik teleqramı göndərib.

Təbrik teleqramında deyilir:

“Hörmətli Mehriban xanım,

Sizi doğum gününüz münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, çətin və şərəfli işinizdə uğurlar arzu edirəm”.