Pandemiya davam edir - 24 milyonu keçdi

27 Avqust 2020 02:58 (UTC+04:00)

Dünyada qeydə alınan koronavirusa yoluxanların sayı 24 milyonu ötüb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin apardığı hesablamalarda göstərilib.

Məlumatda bildirilir ki, hazırda yoluxanların sayı 24 00 302 nəfər təşkil edir, 821 654 nəfər xəstəlikdən ölüb, 15 629 291 nəfər isə sağalıb.

Yoluxma hallarının çoxu ABŞ-da (5 807 480) qeydə alınıb. Bunun ardınca Braziliya (3 669 995) və Hindistan (3 234 474) gəlir.