Bakıda orta aylıq əməkhaqqı artıb - 960 manata çatdı

27 Avqust 2020 08:38 (UTC+04:00)

2020-ci ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı açıqlanıb.

Publika.az xəbər verir ki, bu ilin ilk 6 ayında orta aylıq əməkhaqqı 959,8 manat olub.

Orta aylıq əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 17,5 faiz artıb.