Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5100-ə çatdı

27 Avqust 2020 17:00 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5100-ə çatıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, onlardan 970 nəfəri əlilliyi olan şəxslər, 659 nəfəri məcburi köçkünlər, 87 nəfəri şəhid ailəsi üzvləri, 78 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunanlar, 57 nəfəri isə ünvanlı sosial yardım alan şəxslərdir.

Ozünüməşğulluq proqramına cəlb olunan şəxslər hazırkı pandemiya dövrü ilə əlaqədar olaraq təlimlərə cəlb edilmədən onlara aktivlər veriləcək. Lakin xüsusi karantin rejimi bitdikdən sonra onların təlimlərdən faydalanmaları təmin ediləcək. Cari il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi işləri aparılır.