Nazir təhsil haqqı ilə bağlı güzəştlərdən danışdı

27 Avqust 2020 17:46 (UTC+04:00)

"Hazırda ölkədə 176 min tələbədən 113 mini ödənişli təhsil alır".

Pubblika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, 15 209 tələbənin təhsil haqları dövlət tərəfindən ödənilir: "Güzəştlərin olması ehtiyac meyarı üzərindən olmalıdır. Hamıya güzəştin edilməsi mümkün deyil".