Məktəblərdə uşaqların maska taxması belə nizamlanacaq

27 Avqust 2020 18:13 (UTC+04:00)

Dünya təcrübəsinə görə, azyaşlıların yoluxma ehtimalı 2 faizdir.

Publika.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində deyib.

"ÜST-ün tövsiyələrinə görə, 12 yaşdan aşağı uşaqların maska taxması valideynlərindən asılıdır. Maska azyaşlılarda virus mənbəyinə çevrilə bilər. Əgər biz maska taxılmasının vacibliyini düşünüb valideynlərdən tələb etsək, virusun yayılmasında rol oynamış olarıq", - o bildirib.

Təhsil naziri Emin Əmrullayev əlavə edib ki, uşaqlara maska taxmaq tövsiyə olunur, lakin müəllimlərin özünü qoruması daha məqsədəuyğundur.